Xəbərlər

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının təntənəli mükafatlandırma mərasimi keçirilib

04 noyabr 2022 436

Tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması ilə yanaşı həm də festivalın qonaqları və partnyorlarının çıxışları, musiqili proqram təqdim olunub. 

Mükafatlandırma marasimində çıxış edən Milli Olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseyzadə bütün iştirakçıları va qonaqları salamlayıb. MOK-un otuzilliyinə həsr olunmuş festivalın əhimiyyətindən, onun təsis olunması və keçirilməsi ölkənin prezidenti cənab İlham Əliyevin sağlam gələcək yetişdirmək strategiyasının, daim idmana göstərdiyi diqqət və qayğısının məntiqli davamı olduğunu vurğulayıb. Daha sonra festivalın qalibləri elan olunub. 

Festivalın münsiflər heyətinin qərarına asasən, qaliblər bunlardır:

“Reklam və Promo çarxlar” nominasiyasında:
Münsiflər heyətinin xüsusi mükafatı - 3 BUCAQ MMC, “MOK PREZIDENTI-60” promo çarxı.
3-cü yeri – Azərbaycan  Atıcılıq Federasiyası, “Atıcılıq - ənənədən bugünə” promo çarxı.
2-ci yeri – Stolüstü Tennis Federasiyası, “İdmanı seç, sağlam qal” reklam çarxı.
1-ci yeri – Azərbaycan Gimnastika Federasiyası , “Sağlamlıq idmandan, idman isə gimnastikadan başlayır”.

“Həyat naminə - İdman” nominasiyasında:
Münsiflər heyətinin xüsusi mükafatı - 3 BUCAQ MMC, “Tokioya gedən yol” proqramı.
3cü yeri – CBC Sport Televiziya kanalı, “Ümidlərimiz” proqramı.
2ci yeri – “SPACE TV” kanalı, “İdman hamı üçün” proqramı.
1ci yeri – Azərbaycan Velosiped Federasiyası və  “Vətən” İctimai Birliyi, “Hərəkətə keç_ŞUŞA”proqramı.

“KLİP” nominasiyasında:
Münsiflər heyətinin xüsusi mükafatı – Azərbaycan Paralimpiya Komitəsi, “Bacararsan Sən” klipi.
3cü yeri – Atçılıq Federasiyası, “Qarabağ Atları” klipi.
2ci yeri – CBC Sport Televiziya kanalı, “CBC SPORT 4 YAŞ” klipi.
1ci yeri – Milli Olimpiya Komitəsi, “Olimpiya Himni” klipi.

“GÜCLÜ İRADƏLİ” nominasiyasında:
Münsiflər heyətinin xüsusi mükafatı - CBC Sport Televiziya kanalı, “Banishevski - 75” sənədli filmi;
3-cü yeri – İDMAN TV Televiziya kanalı, “Dağ fatehləri” sənədli filmli.
2-ci yeri –  “ƏVVƏLSONRA” sənədli filmi.
1-ci yeri – Triterra Baku Triathlon Klubu, “Dəmir məsafə” sənədli filmi. 
yaradıcı heyətlarına təqdim edildi.

Festivalın mükafatlandırma mərasimində təşkilat komitəsinin xüsusi mükaftlarını Gənclər və İdman naziri Fərid Qayıbov və festivalın baş prodüseri Arzu Qulamov , İdman TV-nin “Heydar Əliyev va Azərbaycan idmanı” va Minifutbol federasiyasının “Doqquzuncu an” sənədli filmlərin yaradıcı heyətlərinə təqdim etdilər.

Xatırladaq ki, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalına 01.07.22 tarixində start verilib. Bu gündən etibarən yarışmaya qatılmaq istəyən müəlliflər və təşkilarlar öz filmlər, proqramlar, reklam çarxları və musiqili kliplərini festivalın təşkilat komitəsinin ünvanına göndərməyə başlayıb. Özündə idman və mədəniyyət  xadimlərini birləşdən İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının münsiflər heyəti ümümilikdə 40-xa yaxın film, proqram, promoçarx, reklam çarxı və musiqi kliplərindən 4 nominasiya üzrə qalibləri seçib. Bu haqda müvafiq protokollar imzandı və festivalın münsiflər heyətinin sədri Olimpiya Çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Vitse-Prezidenti  Zemfira Meftahətdinova tərəfindən təsdiqlənib. 

İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının təntənəli bağlanış mərasimi zamanı  bütün qaliblərə diplomlar və festivalın rəsmi mükafatı təqdim olunub. Bu festival ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir. Festivalın informasiya tərəfdaşları “Xəzər TV”, “Space TV”, CBC SPORT televiziya kanallarıdır.

Daha ətraflı məlumat üçün: http://millitvfest.az/, https://www.facebook.com/millitvfest.az/,  https://www.youtube.com/Milli İdman Televiziya Festivalı/,  https://www.instagram.com/millitvfest.az/.