Rafiq Hüseynov: Bu komandanın üzvü olduğuma görə fəxr edirəm
26 sentyabr 2023 226

Çox sevinirəm ki, Azərbaycanın yunan-Roma güləşi üzrə komandası tarixdə ilk dəfə çempion oldu. Mən də bu komandanın üzvü olduğuma görə fəxr edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə qızıl medal mükafatçısı Rafiq Hüseynov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Güləşçi bildirib ki, altı lisenziyadan ikisini qazanmaq çox sevindirici haldır: "Qarşıda bizi dörd lisenziya gözləyir. Tarixdə ilk dəfə dünya çempionatında iki qızıl medal əldə etdik. Buna Eldəniz Əzizli ilə bərabər, mən də nail oldum. Bu tarixi nailiyyət təkcə bizim zəhmətimiz ilə deyil, eyni zamanda, ölkə rəhbərliyinin, Gənclər və İdman Nazirliyinin, Güləş Federasiyasının köməyi ilə oldu".
35 yaşlı idmançı məşqçilərinə, həkimlərə, yığma komandanın bütün üzvlərinə təşəkkür edib: "Mənim üçün yaddaqalan bir gün oldu. İlk dəfə atam məni güləş zalına məhz final qarşılaşmasına çıxdığım gün aparmışdı. Atam 28 il bundan qabaq məni zala aparanda mənə ümidləri çox idi. Sevinirəm ki, onun ümidlərini doğrulda bildim. Komanda olaraq hər birimiz əlimizdən gələni edəcəyik ki, yeni nailiyyətlər qazanaq və bizi sevənləri yenidən sevindirək".
Bənzər xəbərlər

Azərbaycan taekvondoçuları Avropa çempionatını bir medalla başa vurublar
Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə U-21 Avropa çempionatında bürünc medal qazanıb.
46 ... Ətraflı

Çövkən üzrə növbəti Prezident Kuboku keçiriləcək
Dekabrın 15-dən 17-dək Bakıda çövkən milli atüstü oyunu üzrə növbəti ... Ətraflı