Radik İsayevdən “Turkish Open”də gümüş medal
12 mart 2021 1519
Türkiyənin İstanbul şəhərində təşkil edilən “Turkish Open” beynəlxalq turnir davam edir.
87 kq yuxarı çəki dərəcəsində mübarizəyə qoşulan Radik İsayev finala kimi irəliləsə də, həlledici döyüşdə ispan idmançıya məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Bu, komandamızın turnirdə ikinci medalı olub. Belə ki, ilk yarış günündə millinin liderlərindən olan Milad Hərçəqani qızıl medal qazanmışdı. Xatırladaq ki, böyüklər arasında yarışlar martın 12-də də davam edəcək.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı