“Quba Open” başladı
08 fevral 2023 1379
Qubada ilk dəfə keçirilən “Quba Open” beynəlxalq şahmat turnirinə start verilib. Birinci turdan öncə Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
9 turdan ibarət yarışda Azərbaycan, Rusiya və Qazaxıstandan ümumilikdə 110 şahmatçı iştirak edir.
Turnirin əsas yarışında 66, U-12 kateqoriyasında isə 44 şahmatçı mübarizə aparır.
Yarışa fevralın 13-də yekun vurulacaq.
Qeyd edək ki, Qüdrət İsmayılovun baş hakimi olduğu yarışın ümumi mükafat fondu 5950 manat təşkil edir
Bənzər xəbərlər
Avarçəkənlər Türkiyədən 3 medalla qayıdırlar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar ... Ətraflı
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında ... Ətraflı
