Qaşım Maqomedova Paris-2024-ün gümüş medalı təqdim edildi
07 avqust 2024 - 18:27 3369
XXXIII Yay Olimpiya Oyunları çərçivəsində taekvondo yarışlarının ilk günündə medal qazanan idmançıların mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə ikinci yeri tutan idmançımız Qaşım Maqomedova (58 kq) Paris-2024-ün gümüş medalı təqdim edilib.
Qeyd edək ki, mübarizəyə 1/8 finaldan başlayan takevondoçumuz ardıcıl olaraq irlandiyalı Cek Uolleyə, ispaniyalı Adrian Visenteyə və italiyalı Olimpiya çempionu Vito Dellakvilaya qalib gələrək finala vəsiqə qazanıb. Həlledici görüşü zədə səbəbindən başa vura bilməyən idmançımız gümüş mükafata sahib çıxıb.
Bu, Azərbaycanın müstəqillik əldə etdikdən sonra taekvondo yarışlarında qazandığı ikinci medaldır.
Buna qədər isə Rio-2016 Yay Olimpiya Oyunlarında Radik İsayev (+80 kq) qızıl medal qazanmışdı.
Bənzər xəbərlər
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı

