Qarabağ Dirçəliş Fondu “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinə start verir
23 fevral 2024 224
Azərbaycanda futbolsevərləri bir araya gətirəcək yeni xeyriyyə minifutbol turnirinə start verilir.
Turnir Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək.
Ölkəmizdə fəaliyyət göstərən şirkətlər Qarabağ Dirçəliş Fonduna 1500 manat məbləğində ianə etməklə turnirdə iştirak edə bilərlər. Turnirdə iştirak etmək üçün komandaların qeydiyyatı martın 15-dək edəcək. Oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerləşən “Sportster” minifutbol kompleksində keçiriləcək.
Turnirin reqlamentinə əsasən, qalib adı uğrunda mübarizədə 40 komandanın iştirakı nəzərdə tutulur. 3 ay davam edəcək turnirdə ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medal və xüsusi mükafatlarla təltif ediləcəklər. Bundan başqa turnirin ən yaxşı qapıçısı, bombardiri və ən yaxşı oyunçusuna əlavə olaraq xüsusi mükafatlar veriləcək.
Turnirdən əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.
Bənzər xəbərlər
Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar
Qadın boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb.
Yığma Almatı Olimpiya Hazırlıq ... Ətraflı
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub
UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) ... Ətraflı