Qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib
04 fevral 2023 1003
Qadın voleybolçular arasında Yüksək Liqada II dövrənin növbəti oyunları fevralın 6-da keçiriləcək. V turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu matçdan iki saat sonra “Murov” və UNEC kollektivlərinin görüşü baş tutacaq.
Fevralın 7-də kişi voleybolçular arasında Yüksək Liqada V turun oyunlarına start veriləcək. Günün ilk qarşılaşması saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə “Xarı bülbül” - “Neftçi” qarşılaşması keçiriləcək.
Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı