Xəbərlər

Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib

08 fevral 2023 366

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin son turu fevralın 9-da keçiriləcək. VI turun ilk qarşılaşması “Abşeron” - “Murov” komandaları arasında olacaq. Bu görüş saat 16:00-da başlanacaq. Saat 18:00-da start götürəcək ikinci matçda isə UNEC və “Azərreyl” klubları üz-üzə gələcəklər.

Kişi voleybolçular arasında Azərərbaycan Yüksək Liqasında VI turun oyunları isə fevralın 10-da təşkil olunacaq. Həmin gün ilk olaraq saat 16:00-da MOİK - “Neftçi” komandaları qarşılaşacaqlar. II dövrənin son matçında isə “Xarı bülbül” klubu “Murov”la üz-üzə gələcək. Oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.