Qadın boksçularımız Polşada beynəlxalq turnirdə iştirak edəcək
21 may 2023 931
Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək. Mayın 22-26-da baş tutacaq yarışda Azərbaycan qadınlardan ibarət milli komanda ilə təmsil olunacaq.
Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev Pultuskda 6 boksçunu yoxlayacaq. Qalib adı uğrunda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar.
Bu gün səfərə yollanan yığma mayın 27-də Bakıya qayıdacaq.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı