"Prezident Kuboku-2024": Medallarımızın sayı dördə çatdı
02 may 2024 51
Ümumilli lider Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2024" beynəlxalq reqatası davam edir.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın ikinci günündə komandamızın heyətində yer alan Qiyas Əhmədov - Vacib Babayev cütlüyü 2008-2009-cu illər təvəllüdlü idmançıların yarışında bürünc medal qazanıb.
Təmsilçilərimiz bu uğura 500 metr məsafəyə kayak yarışlarında nail olublar.
Beləliklə, Azərbaycan avarçəkənlərinin beynəlxalq reqatada qazandığı medalların sayı 4-ə çatıb.
Xatırladaq ki, komandamızın üzvlərindən daha əvvəl Əlimurad Hacızadə qızıl, Nurlan Paşayev gümüş, Amil Ramazanov isə bürünc medal qazanıb.
"Prezident Kuboku-2024" beynəlxalq Reqatasına mayın 3-də yekun vurulacaq.
Bənzər xəbərlər
İki boskçumuz beynəlxalq turnirin finalında
Macarıstanda Eqer şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə yarımfinal ... Ətraflı
Voleybol yığmalarımız Qızıl Avropa Liqasında mübarizəyə başlayır
Bu gün Azərbaycanın kişi və qadın voleybol milli komandaları Qızıl ... Ətraflı