Piastri “Formula 1” üzrə Mayami Qran-prisinin qalibi olub
05 may 2025 799
“Maklaren” komandasının avstraliyalı pilotu Oskar Piastri “Formula 1” üzrə dünya çempionatının altıncı mərhələsi – Mayami Qran-prisinin qalibi olub.
İkinci yeri “Maklaren”in britaniyalı pilotu Lando Norris tutub.
Ən yaxşı "üçlüy"ü “Mercedes”i təmsil edən britaniyalı Corc Rassel qapayıb.
Piastri 131 xalla çempionatın ümumi hesabında liderlik edir. İkinci yeri onun komanda yoldaşı Norris (115 xal) tutur. "Üçlüy"ü son dörd mövsümün çempionu, “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen (99 xal) tamamlayır.
Konstruktorlar Kubokunda “Maklaren” (246 xal) liderlik edir. “Mercedes” (141 xal) ikinci, “Red Bull” (105 xal) üçüncüdür.
Dünya çempionatının 7-ci mərhələsi mayın 16-dan 18-dək İtaliyanın İmola şəhərində keçiriləcək.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı