Pevtsov mövsümü uğurla başlayıb
14 mart 2022 1379
Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov yarış mövsümü İspaniyada başlayıb.
Idmançimiz «Bicis Pina» komandanın heyyətinde duatlon üzrə Ispaniya çempionatında iştirak edib. La Nusiya şəhərində keçirilən yarışında onun komandası qalib qəlib.
Turnir superspint formatında təşkil olunub.
Qeyd edek ki, La Nusiyada bu günlərdə Avropa ölkələrinin Triatlon federasiyaları prezidentlərinin konfransı keçirilib və tədbirdə Azərbaycan Triatlon Federasiyasının başçısı Elçin Əliyev iştirak edib. O, Pevtsov və millinin baş məşqçisi Sergey Yatsenko ilə görüşüb. Yatsenko mövsümə hazırlıq barədə və idmançının iştirak edəcəyi turnirlərdən danışıb. E.Əliyev Rostislavı uğurlu çıxışı münasibətilə təbrik edib, onun sentyabrın sonunda keçirilməsi planlaşdırılan Azərbaycan çempionatında iştirakının mümkünlüyünü müzakirə edib.
Hal-hazırda Pevtsov İspaniyada təlim-məşq toplanışını keçirilir.
Bənzər xəbərlər
Avarçəkənlər Türkiyədən 3 medalla qayıdırlar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar ... Ətraflı
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında ... Ətraflı