Paris Olimpiadasına lisenziya qazanan güləşçimiz sevinc təəssüratlarını bölüşüb
19 sentyabr 2023 620

Belqradda keçirilən dünya çempionatında Paris-2024 Olimpiya Oyunlarına ilk lisenziya əldə edən güləşçimiz Maqomedxan Maqomedov oldu. Serbiya, Türkiyə, Almaniya və Gürcüstan güləşçilərinə qalib gələrək finala yüksələn yığma üzvü 97 kq-da ölkəmizə Olimpiya lisenziyası qazandırdı.
Maqomedxan Maqomedov bununla bağlı təəssüratlarını Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətiylə bölüşüb:
"Neçə ildi məşqlər edirdik, hazırlaşırdıq.Bu yerdə olmağıma görə atama təşəkkür edirəm. Azərbaycana, federasiya rəhbərliyinə, məşqçilər heyətinə minnətdarlığımı bildirirəm.
Bu gün Allah bizim tərəfimizdə idi. Daha öncə Gürcüstan güləşçisinə 2 dəfə məğlub olmuşdum. Burada revanş aldım.
Finaldakı rəqibim haqqında onu deyə bilərəm ki, hər ikimiz bir-birimiz üçün sürprizik. İndiyədək heç vaxt qarşılaşmamışıq. Çox gənc və yaxşı güləşçidir. Kayl Snayderə tam üstünlüklə qalib gəldi. Abdulrəşidi məğlub etdi. Ancaq Sadullayevin zədəsi var idi. Yaxşı formada deyildi. Açığı, finalda Abdulrəşidlə qarşılaşmaq istərdim. Daha öncə dəfələrlə turnirlərdə güləşmişik və ona uduzmuşam. Ancaq bu dəfə onunla qarşılaşmaq qismət olmadı.
Bütün normal və özünə hörmət edən idmançıların arzusu Olimpiya çempionu olmaqdır. Biz də buna çalışacağıq.
Hədəfimiz əvvəlcə Avropa çempionatında, daha sonra isə Olimpiadada uğur qazanmaqdır”.
Qeyd edək ki, Maqomedxan finalda Bəhreyn təmsilçisi Axmed Tajudinovla qarşılaşacaq.
Bənzər xəbərlər

"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Elmar Qasımov bu gün mübarizəyə qoşulacaq
Bu gün Azərbaycanın bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən ... Ətraflı

Azərbaycan birinciliyinin zona yarışları start götürür
Sabah 2010-cu il və daha kiçik yaş qrupundan olan oğlan ... Ətraflı