Paris-2024: idmançımızın çıxış edəcəyi yarışı təxirə salındı
30 iyul 2024 1065
Bu gün Paris-2024-Yay Olimpiya Oyunları çərçivəsində keçirilməli olan triatlon yarışı təxirə salınıb.
Bu barədə beynəlxalq federasiyanın (World Triathlon) mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdır.
Azərbaycan təmsilçisi Rostislav Pevtsovun da mübarizə aparacağı yarışın iyulun 31-ə təxirə salındığı bildirilib. Lakin beynəlxalq qurum idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək bu yarışın keçiriləcəyinə zəmanət verməyib.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası ... Ətraflı