Paris-2024: Basketbol millimiz medallar uğrunda mübarizəni dayandırdı
03 avqust 2024 1103
Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edən qadınlardan ibarət 3x3 basketbol millimiz Pley-inə vəsiqə qazana bilməyib. Qrupu 7-ci pillədə başa vuran basketbolçularımız Paris-2024-də medallar uğrunda mübarizəni dayandırıb. Belə ki, ABŞ komandası Çin millisinə qalib gəlsə də (14:12) asiyalıların 12 xal toplaması yığmamızın Pley-inə yüksəlmək şanslarnın üstündən xətt çəkib.
Qeyd edək ki, qadınlardan ibarət 3x3 basketbol millimiz qrupda keçirdiyi oyunlarda İspaniya (16:18), Fransa (10:15), Almaniya (8:12), Avstraliya (12:21) və Kanada (19:21) millilərinə məğlub olub. Komandamız yalnız ABŞ (20:17) və Çin (21:19) komandalarından üstün olub.
Bənzər xəbərlər
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 35-ci ili tamam ... Ətraflı
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr ... Ətraflı









