Para-cüdo üzrə Dünya Çempionatının ilk günündə idmançılarımız Şəhanə Hacıyeva, Hüseyn Rəhimli, Namiq Abaslı, Əsma İbrahimova, Vəfa Seydova, İsmayıl Muradov və Amil Əliyev öz güclərini sınayıblar
08 noyabr 2022 1321
Onlardan Şəhanə Hacıyeva və Namiq Abaslı yarışı bürünc medalla tamamlayıb. Bununla da Dünya Çempionatının ilk günü milli komandamız öz hesabına 2 medal yazdırıb. İdmançılarımızı təbrik edirik!
Qeyd edək ki, noyabrın 9-u Dünya Çempionatının ikinci günündə iştirak edəcək milli komandamızın üzvləri +90 kq J1 İlham Zəkiyev ilk görüşünü türkiyəli rəqibi Taştan Onur ilə, -90 kq J1 Zakir Mislimov venesuelalı rəqibi Espinoza Rodriguez Hector Armando ilə, +90 kq J2 Kənan Abdullaxanlı özbəkistanlı rəqibi Jurakulov Aloviddin ilə, -70 kq J2 Xanım Hüseynova gürcüstanlı rəqibi Kaldani İna ilə, +70 kq J2 Dürsədəf Kərimova uruqvaylı rəqibi Mederos Mariana ilə, +70 kq J1 Xatirə İsmiyeva isə özbəkistanlı rəqibi Ergaseva Feruza ilə keçirəcək.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı




