Para-atletlərimiz Tunis Qran-Prisində qızıl medal qazandı
28 iyun 2022 1010
Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Məhərrəm Qasımov (F11) nüvə itələmə növündə 10.13 metr nəticə göstərərək yarışın qızıl medalına sahib olub və bununla o, Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün ilk reytinq xallarını qazanıb.
Qeyd edək ki, M.Qasımov artıq bir müddətdir ki, paralimpiya idman növləri ilə məşğul olur, daha öncə o, pauerliftinq idman növündə öz gücünü sınayıb. Tunis Qran-Prisində daha bir para-atletimiz də qızıl medal qazanıb. Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Elmir Cəbrayılov (T13) 100 metrəyə qaçış növündə 11.55 saniyə nəticə göstərərək yarışın qızıl medalını qazanıb.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
