Orxan Məmmədov Türkiyə Futbol Federasiyasının prezidenti ilə görüşüb
14 sentyabr 2023 1107
Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti və “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov İstanbulda Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi ilə görüşüb. Görüş zamanı federasiyaların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, gələcəkdə mümkün layihələr və əməkdaşlıq perspektivləri müzakirə edilib. Bundan başqa, idarəetmə sahəsində müəyyən təcrübələr bölüşülüb. Tədbirin sonunda tərəflər bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı

