"Olympic Hopes 2022" beynəlxalq karate turniri başa çatıb
29 avqust 2022 2059
27-28 Avqust tarixlərində Bakı İdman Sarayında "Olympic Hopes 2022" beynəlxalq karate turniri keçirilib.
Uşaqlar arasında təşkil edilən yarışda Küveyt, Qazaxıstan, Özbəkistan, Litva, Amerika Birləşmiş Ştatları və Azərbaycandan 6-13 yaş arası 450-dək azyaşlı idmançı iştirak edəcək. Yarışın idarə edilməsində iştirakçı ölkələrdən beynəlxlaq hakimlər qatılıb. Qonaq komandaların rəsmilərinə Azərbaycanın ilk karate klublarından olan "Qaraqaplan"-ın yaradılmasının 30 illik yubileyi münasibətilə xatirə medalları təqdim edilib.
Yarışdan bir gün əvvəl tanınmış Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretskanın rəhbərliyi ilə seminar keçirilib. Uşaqlar arasında "Olympic Hopes 2022" beynəlxalq karate turniri Avropa Karate Federasiyasının təqvim planına daxil edilib.
Bənzər xəbərlər
Avarçəkənlər Türkiyədən 3 medalla qayıdırlar
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə “Bahar ... Ətraflı
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında medal qazanıb
Azərbaycan cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında ... Ətraflı