Olimpiya Oyunlarının mükafatçısı Azərbaycan Üzgüçülük Federasiyası ilə əməkdaşlığa başlayıb
09 sentyabr 2025 - 15:45 206
Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük üzrə Ukrayna milli komandasının keçmiş üzvü, əməkdar idman ustası və məşqçisi Oksana Pismenna ilə əməkdaşlığa başlayıb.
ASF-dən verilən məlumata görə, məqsəd bədii üzgüçülük növünün ölkədə inkişafı, zamanla milli komandanın formalaşdırılması və beynəlxalq yarışlarda uğurla iştirak etməsidir.
O, bunadək Ukrayna, Türkiyə, Fransa, İsveçrə, Cənubi Koreya və Misir milli komandaları ilə çalışıb. Onun yetirmələri yeniyetmələrdən ibarət millidən əsas yığmaya keçməklə yanaşı, dəfələrlə Avropa və dünya çempionları, eləcə də Olimipiya Oyunlarının mükafatçıları olmağı bacarıblar.
Qurumun mətbuat xidmətinə müsahibəsində O. Pismenna bunları deyib: “Dəyərli biliklərin nəsildən nəsilə ötürülməsi çox vacibdir. Məşqçinin ən vacib xüsusiyyəti onun bilik və təcrübəsini idmançılar və yeni məşqçiliyə başlayanlarla bölüşməsidir. Yalnız o halda idman növümüz inkişaf edərək, məşğul olmaq istəyən idmançılar üçün maraqlı olacaq. İstəyirəm ki, birlikdə böyük uğurlara imza ataq”.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı