“Olimpiya Odisseyası” təqdim olundu
30 mart 2018 366

Martın 30-da Azərbaycan Milli Olimpiya Komitəsində Olimpiya Həmrəyliyi Fondunun və Komitənin birgə dəstəyi ilə “ Olimpiya Odisseyası ” proqramı həyata keçirildi.
Milli Olimpiya Komitəsi 2008-ci ildə Azərbaycanın Olimpiya çempionları haqqında sənədli filmlərin çəkilməsi üçün qərar qəbul etmişdir. Həmin dövrdən başlayaraq, Azərbaycan Olimpiya çempionlarına həsr olunmuş “İlk Qızıl”, “Qızıl Sidney”, “Cəngavər”, “Elin Nuru”, “Ərtoğrul” kimi sənədli filmlər çəkilmişdir. 2017-ci ildə çəkilmiş filmlərin bir albom daxilində toplanmasını və təqdimatını nəzərdə tutan “Olimpiya Odisseyası” proqramını həyata keçirməyi qərara almışdır.
Proqramın təqdimat tədbirində “Olimpiya Odisseyasının” mahiyyətini əks etdirən video çarx təqdim olundu. Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə layihənin məqsədi və tarixçəsi haqqında danışdı. Ç.Hüseynzadə 6 Olimpiya çempionuna həsr edilmiş bu filmlərin gənclərə və uşaqlara idmana sevgini aşılayacağını qeyd etdi.
Daha sonra layihənin müəllifi və filmlərin quruluşçu rejisoru Arzu Qulamov çəkiliş prosesləri haqqında məlumat verdi. O, filmlərin tarixçəsi, yaradıcılıq prosesi və sair bu kimi işlər barəsində danışdı.
Çingiz Hüseynzadə filmlərin rejissoru Arzu Qulamova “Olimpiya Odisseyası” layihəsinin uğurlu icrası və ölkədə Olimpiya hərəkatının təbliğində göstərdiyi dəstəyə görə təşəkkürnamə və hədiyyəlik film dəsti təqdim etdi.
Sonda Olimpiya çempionları Zemfira Meftahətdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, Toğrul Əsgərova hədiyyəlik film dəsti təqdim olundu və xatirə şəkli çəkildi.
Bənzər xəbərlər

Naxçıvanda 300-dək gimnastın iştirakı ilə keçirilən beynəlxalq turnirə start verildi
Bu gün Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ... Ətraflı

Dünya çempionatı: klassiklərimiz mübarizəyə başlayırlar
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə lisenziya xarakterlidünya çempionatı davam ... Ətraflı