Olimpiya Mədəniyyəti və Təhsil Proqramı - OCEP layihəsi çərçivəsində növbəti tədbir 189-190 nömrəli məktəbdə təşkil olunub
08 aprel 2022 3366
Şagirdlər bu dəfə kəndirçəkmə üzrə yarışda bacarıqlarını göstəriblər.
Qələbə uğrunda sözügedən təhsil ocağının həm qızlar, həm də, oğlanlardan ibarət komandaları qüvvələrini sınayıblar.
Gərgin və maraqlı mübarizə ilə yadda qalan yarışın nəticələrinə əsasən qalib gələn məktəblilər sertifikat və medallarla mükaftlandırılıblar. Tədbirdə Milli Olimpiya Komitəsinin və kəndirçəkmə üzrə Azərbaycan nümayəndəliyinin təmsilçiləri iştirak ediblər. Olimpiya mükafatçısı, MOK-un Atletlər Komissiyasının üzvü, tanınmış güləşçi Rasul Çunayevin tədbirə qatılması isə şagirdləri daha da həvəsləndirib.
Xatırladaq ki, Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə start verilən və ölkədə geniş vüsət alan Olimpiya Mədəniyyəti və Təhsil Proqramı - OCEP olimpiya hərəkatı və onun hörmət, dostluq və mükəmməllik dəyərlərini özündə ehtiva edir.
Bənzər xəbərlər
Azərbaycanın cüdo millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb
Aprelin 16-19-da Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında keçiriləcək ... Ətraflı
Portuqaliyada tarix yazan gimnastlar Vətənə qayıdıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı
.jpeg)

.jpeg)
.jpeg)

.jpeg)
.jpeg)
