Xəbərlər

Olimpiya Günü – 2017

23 iyun 2017 523

Hər il Olimpiya Günü bütün dünyaya idman sevincini bölüşmək, idman növləri ilə məşğul olmaq və Olimpiya Dəyərləri ətrafında birləşməyə imkan verir.

Olimpiya Günü ilkin olaraq müasir Olimpiya Hərəkatının yaradılması şərəfinə 1948-ci ildə qeyd olunub. Bizim daim inkişafda olan cəmiyyətimizdə, Olimpiya Günü idmanın təbliği, sağlam və fəal həyat tərzini rəhbərlik etmək və stimullaşdırmaq üçün gözəl vasitədir.

Olimpiya Gününun dünyada təşviq etdiyiniz üçün bütün Milli Olimpiya Komitələrinə təşəkkürümüzü bildirirəm. Təşkil etdiyiniz bir çox tədbirlər vasitəsilə, siz yaş, gender və ya qabiliyyətindən asılı olmayaraq insanları fəal olmağa cağırır, idman və onun dəyərlərini daşıyırsınız və bu Olimpiya Dəyərləri ilə insanları ruhlandırırsınız.

İl boyu dünyanın hər yerində Olimpiya Günü ruhunu qoruduğunuza görə və insanlara idman sevincini gətirdiyiniz üçün təşəkkür edirəm.

Tomas Bax
BOK-un prezidenti

Hər il 23 iyun tarixində bütün dünya ictimaiyyəti Beynəlxalq Olimpiya Gününü qeyd edir. Bu tarixdə hər bir ölkənin Milli Olimpiya Komitəsi (MOK) Olimpiya Qaçış Gününü həyata keçirir. Olimpiya Qaçış Gününün üstünlüyü onun yalnız idman hadisəsi olmasında deyil, fəal həyat tərzi, Olimpiya Dəyətlərinin təbliği və yeni idman növlərini tərənnüm edir.

Olimpiya Qaçış Gününün 3 əsas müddəalarını “hərəkət etmək, öyrənmək və kəşf etmək” nəzərə alaraq, Milli Olimpiya Komitələri idman, mədəni və maarifləndirici istiqamətlərdə fəaliyyət göstərir.

Olimpiya tarixi

Tarixi qeydlərə əsasən, ilk qədim Olimpiya Oyunlarına eramızdan əvvəl 776 ilə təsadüf edir. Onlar Olimpiya allahlara ithaf ediliblər və Olimpiyanın qədim aran təşkil ediliblər. Oyunlar eramızın 393-cü ilinədək demək olar ki 12 əsr ərzində davam etdi.

Müasir Olimpiya Hərəkatı (Oyunları) 23 iyun 1894-cü ildə təsis olundu. Parisdə toplaşan 12 ölkənin nümayəndə heyətləri Pyer de Kuberten Olimpiya Oyunlarını canlandırmaq təklifini dəstəkləməyə yekdilliklə səs verib.

23 İyun 1984 birinci Dünya Olimpiya Günü – Birinci Dünya Olimpiya Günü Avstriya, Belçika, Kanada, Böyük Britaniya, Yunanıstan, Portuqaliya, İsveçrə, Uruqvay və Venesuela ölkələrin Milli Olimpiya Komitələri tərəfindən mərasimlərin keçirilməsi ilə yadda qaldı.

1978-ci il Olimpiya Xartiyasına Daxil Edilməsi – Olimpiya Xartiyası ilk dəfə olaraq tövsiyə edir ki, bütün MOK-lar Olimpiya Hərəkatının təbliği üçün Olimpiya Günü təşkil etməlidilər.. Bütün həftə ərzində tədbirlər təşkili ideyası Olimpiya Xartiyasının 1990 versiyasına əlavə olunub.

23 İyun 1987 Olimpiya Qaçış Günü – Olimpiya Qaçış Günü konsepsiyası BOK-un İdman hamı üçün Komissiyası tərəfə başlanıb. Birinci Olimpiya Qaçış Günü 10 km məsafədə 45 MOK-un iştirakı ilə keçirilib.

23 İyun 2008 60 illik Yubiley – Olimpiya Günü bayramıdır ! Bu illər ərzində, bu gün Olimpiya Hərəkatının qeyd olunduğu dünyəvi bir tədbirə çevrildi və dünyaya Olimpiya dəyərlərinin yayılmasına kömək etdi.

Mart 2009 “hərəkət etmək, öyrənmək və kəşf etmək” – “hərəkət etmək, öyrənmək və kəşf etmək” müddəaları fəaliyyət sahəsini genişləndirmək ücün Olimpiya günündə təklif olunub.