"Olimpiya dünyası" qəzetinin "Qarabağ Azərbaycandır!" rubrikası altında xüsusi buraxılışı
13 oktyabr 2020 874
Sentyabrın 27-dən etibarən Dağlıq Qarabağda düşmən təxribatına layiqli cavab vermək üçün əks-hücuma keçən rəşadətli ordumuzun qələbə sorağı bütün xalqımızı sevindirir. 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın bugünlərdə hissə-hissə azad olunması xəbərləri bir-birini əvəz edir. Azərbaycanda idmanın və Olimpiya Hərəkatının təbliğində özünəməxsus rolu olan “Olimpiya dünyası” qəzeti də döyüşlər başlayan gündən etibarən çoxsaylı oxucularına ordumuzun qələbə soraqlarını çatdırır. Qəzet doğma torpaqlarımızda gərgin döyüşlərin getdiyi günlərdə bütün diqqətini bu istiqamətə yönəldib. “Olimpiya dünyası” qəzeti 13-19 oktyabr tarixli sayında çoxsaylı oxucularına «Qarabağ Azərbaycandır!» rubrikası altında xüsusi buraxılış təqdim edib. Həmin buraxılış bütövlükdə Qarabağa həsr olunub. Xüsusi buraxılışda Qarabağ idmanının tarixindən bəhs edən maraqlı faktlar, Qarabağ idmançılarından bəhs edən müəllif yazıları, idman ictimaiyyətinin qələbə sevincini əks etdirən fikirlər, eləcə də, ermənilərin humanitar atəşkəsi pozaraq Gəncədə törətdikləri terror hadisələrinə gəncəli idmançıların kəskin etirazlar öz əksini tapıb.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı