Xəbərlər

Olimpiya çempionu Fərid Mansurov Oğuz rayonunda gənclərlə görüşdü

26 sentyabr 2022 510

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində növbəti görüş Oğuz şəhərində baş tutdu. Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində reallaşdırılan bu layihə sayəsində yeniyetmə və gənclər Azərbaycanın Olimpiya Odisseyasının qəhrəmanlarını tanımaq imkanı əldə edirlər. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov bildirib ki, sağlam həyat tərzini təbliğ edən insanalrın həyat hekayələrini dinləmək yeniyetmə və gənclər üçün fərqli bir təcrübədir. Belə tədbirlər gənclərə idmanın sağlamlığa faydalı xüsusiyyətlərini aşılamaqla yanaşı həm də vətənpərvərlik hissinin formalaşması baxımından da əhəmiyyətlidir.  MOK-un İdman İdarəsinin müdiri Həsənağa Rzayev Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində reallaşan  Azərbaycanın Olimpiya Odisseyası layihəsinin keçirilməsinin əsas  məqsədi haqda danışıb. O Olimpiya çempionlarımızla yeniyetmə və gənclərimizin birbaşa ünsiyyətini təşkil etməklə gənclər arasında zərərli vərdişlərə qarşı təbliğatı gücləndirmək, idmanın təbliğini aparmaq, onların cəmiyyətə sağlam inteqrasiyasını təşkil etmək, həmçinin ölkəmizdə olimpiya prinsip və dəyərlərinin təbliğ etmək məqsədilə keçrilən bu silsilə tədbirin bölgələrdə böyük maraqla qarşılandığını vurğulayıb.  Olimpiya çempionu, Azərbaycan Milli Olimpiya Akademiyasının vitse-prezidenti Fərid Mansurov MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyəni Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanova təqdim edib. Daha sonra Afina-2004 Yay Olimpiya Oyunlarında yunan-roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurova həsr olunan  “Cəngavər” filmi  izlənilib. Olimpiya çempionu görüş iştirakçılarınn çoxsaylı sualalrını cavablandırıb. Oğuz Mədəniyyət Mərkəzində keçirilən görüşün sonunda idman könüllülərinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin  sertifikatları təqdim olunub.