Olimpiya çempionlarımız dünya reytinq cədvəlinə başçılıq edirlər
24 mart 2025 432
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında cüdo üzrə qızıl medal qazanan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) dünya reytinq cədvəlinə başçılıq edirlər.
Beynəlxalq Cüdo Federasiyasının (IJF) açıqladığı cədvələ istinadən, Olimpiya çempionlarımız lider mövqeyində qərarlaşıblar.
Hesabında 7254 xal olan Hidayət Heydərov 73 kq çəkidə ən yaxın izləyicisi yaponiyalı Tatsuki İşiharanı (4800 xal) böyük fərqlə qabaqlayır. Zelim Kotsoyev isə 100 kq çəki dərəcəsində 6112 xalla 1-ci pillədə yer alıb. O, Matvey Kanikovskiy və İlya Sulamanidzeni geridə qoyub.
Bənzər xəbərlər
“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək ... Ətraflı
Formula 1 Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanılıb
Formula 1 Azərbaycan Qran-Prisi 2026-ya hazırlıqlar çərçivəsində paddokun yenidən tikintisinə ... Ətraflı