Oktyabrın 27-də Fransa paytaxtı Paris şəhərində, UNESCO-nun baş qərargahında Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) növbəti iclası öz işinə başlayıb
28 oktyabr 2022 340
Pandemiya səbəbindən, 2019-cu ildən bəri onlayn keçirilən tədbir 3 ildən sonra ilk dəfədir ki, fiziki formatda baş tutur. İclasa Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov sədrlik edir.
İki gün davam edəcək iclasın açılış hissəsində UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos, daha sonra CIGEPS-in sədri Fərid Qayıbov çıxış ediblər.
İclas zamanı, Komitənin gündəliyində duran bir sıra önəmli məsələlərin, Covid-19 pandemiyasından sonra idman sahəsinin vəziyyəti, MINEPS-in VII konfransı çərçivəsində qəbul olunması nəzərdə tutulan Yekun Bəyannamə sənədinin müzakirəsi, eləcə də CIGEPS İşçi Qruplarının və CIGEPS-in Prosedur Qaydalarına yenidən baxılması məsələlərinin müzakirə edilməsi nəzərdə tutulur.
Komitə iclası çərçivəsində, 2023-cü ilin 14-17 mart tarixlərində Bakı şəhərində keçirilməsi planlaşdırılan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının keçirilməsi ilə bağlı UNESCO ilə ev sahibi müqaviləsinin imzalanması da nəzərdə tutulur.
Bənzər xəbərlər
Azərbaycanın 6 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
Bakıda təşkil edilən kişi boksçular arasında ənənəvi “Böyük İpək Yolu” ... Ətraflı
Azərbaycanın qadın boksçuları beynəlxalq turniri 9 medalla başa vurublar
Bakıda təşkil olunan boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirində ... Ətraflı