Ölkəmizdə ilk yarışı Azərbaycan Velosiped İdmanı Federasiyası keçirəcək
03 iyun 2020 1272
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq icazəsindən sonra ölkəmizdə birinci yarışı Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) keçirəcək. Turnir iyunun 6-da təşkil olunacaq. Federasiyadan “Olimpiya Dünyası” qəzetinə açıqlamasında bildirib ki, yarış Respublika Velotrekində təşkili olunacaq. Sitat: “Əsas məqsəd ondan ibarətdir ki, karantin dövründə idmançıların ev şəraitində necə məşq etdiklərini görək. Biz onlara velosiped və digər avadanlıqlar vermişdik ki, ev şəraitində formalarını saxlasınlar. Bir növ idmançıların fiziki durumlarını yoxlamaq niyyətindəyik”.
İyulun 1-dən beynəlxalq yarışlar bərpa olunduğunu bildirən Pərviz Mustafayev bildirib ki, qarşıdakı ay ərzində mümkün qədər çox turnir keçirəcəklər ki, beynəlxalq yarışlara hazır osunlar. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 31-də saat 00:00-dan etibarən açıq məkanlarda idman yarışlarının keçirilməsinə icazə verib. 2020-ci ilin təqviminə əsasən, AzVİF-in birinci daxili yarışı martın 7-8-də təşkil edilməli idi, lakin koronavirus səbəbindən təxirə salınıb. Həftəsonu keçiriləcək turnir federasiyanın mövsümdə birinci daxili tədbiri olacaq.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı