Xəbərlər

OCEP məktəbliləri Qətər dövlətinin Milli Müstəqillik Gününə həsr olunan tədbir keçirdi

25 dekabr 2022 504

OCEP- 2022 layihəsi çərçivəsində 193 saylı məktəb  Qətər dövlətinin Milli Müstəqillik Gününə həsr olunmuş bayram tədbiri reallaşdırdı. Tədbirdə Qətər dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli  səfiri - Faisal Abdulla Al-Henzab , diplomatlar və səfirliyin digər səlahiyyətli nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, BŞTİ rəsmiləri Günay Qurbanova və Bəşarət Məmmədov, Milli Olimpiya Komitəsinin  Marketinq şöbəsinin rəhbəri Səkinə Vəliyeva , Komitənin digər əməkdaşları ,və digər qonaqlar iştirak ediblər. “Sirli Qətərə səyahət” adlı tədbirdə ilk olaraq Qətərin tarixini, milli -mənəvi dəyərlərini, musiqisini,turizm sektorunu , iqtisadiyyatını , mətbəx nümunələrini  və s.özündə əks etdirən sərgiyə baxış keçirilib. Daha sonra hər iki dövlətin himni səsləndirilib və müstəqilliyimiz uğrunda canından keçmiş Şəhidlərin ruhu yad edilib. .OCEP layihəsi çərçivəsində 1 il ərzində görüləcək işlər və Qətər dövlətində yerləşən məktəblə əməkdaşlıq barədə geniş məlumat verilib.Rəngarəng çıxışlar edən şagirdlər  bənzərsiz ifaları ilə qonaqları təəccübləndirib. Futbol üzrə Dünya Çempionatına ev sahibliyi edən Qətərin idman tarixindən söhbət açılib.Hər iki dövlətin oxşar cəhətləri qeyd olunan tədbirdı çıxış edən  Səfir Faisal Abdulla Al-Henzab məktəblər arasındakı əməkdaşlıqdan razılıq ifadə edib və OCEP layihəsi çərçivəsində hər zaman maraqlı layihələrə dəstək olmağa hazır olduqlarınl vurğulayib.Səfirliyə
üzərində xarıbülbül simvolu həkk olunmuş tablo hədiyyə edilib.Sonda xatirə şəkli çəkilib.