Xəbərlər

OCEP- 2022 layihəsi çərçivəsində yeni il karnavlı keçirilib

25 dekabr 2022 634

 OCEP -2022 layihəsi çərçivəsində Nizami rayonu 220 N məktəb-liseydə İsveç Azərbaycan əməkdaşlığına həsr olunmuş “Nağıllar Aləmi” adlı karnaval təşkil edib. Karnaval abu-havası məktəbin girişində qonaqları qarşılayan hadukilərdən başlayırdı. Məktəbə daxil olan qonaqları Santa Lucia obrazında olan şagird İsveç dilində salamlayaraq xoş gəlmisiniz söyləyirdi. İsveç musiqisi ifa edən  skripkaçıların müşayiəti altında qonaqlar İsveçə həsr olunmuş pavelyonlara dəvət olunublar. İsveçin fərqli təamları, əl işləri və rəsmləri nümayiş olunduqdan sonra qonaqlar idmana həsr olunmuş pavelyona keçid alıblar. Simvolik olaraq futbol topuna imza atan rəsmi qonaqlar sonra simvolik olaraq gəmi ilə dəniz Vikinqlər obrazında olan şagirdlərin müşayəti ilə Nağıllar aləminə səyahətə başlayıblar. Vikinqlərin kapitanı nağıllar aləminin açarını məktəbin direktoruna təqdim etdikdən sonra qonaqlar məktəbin akt zalında təşkil olunmuş əsrarəngiz, möcüzəli bir aləmə daxil olublar. Burada onları nağıl personajları, kral qarşılayaraq kiçikyaşlı uşaqların ifasında teatr tamaşasını izləməyə dəvət ediblər. Tamaşada  məşhur İsveç yazıçısı Astrid Lindgrenin əsərlərinə və milli nağıllarımıza müraciət edilmişdir. “Uzuncorab Peppi”, “Balaca və Karlson” əsərləri ilə Azərbaycan xalq nağıllarından “Cırtdan” və “Tıq-tıq xanım” obrazları əsasında hazırlanmış tamaşa izləyiciləri heyrətləndirib. Tamaşanın əsas ideyası, tədbirin ümumi qayəsi dünyada bütün uşaqların sülh, əmin-amanlıq istəmələri, humanizm və ümumbəşər dəyərlərin ön plana çəkilməsindən ibarət olub. 
Dəvət olunan qonaqlar arasında BŞTİ-nin müdiri Mehriban xanım Vəliyeva, Millət vəkili Könül Nurullayeva, Olimpiyaçılar Rəsul Çunayev və Fəridə Əzizova Milli Olimpiya Komitəsinin rəsmiləri iştirak ediblər.