Xəbərlər

OCEP 2020 “Evdə idman və Bədii Qiraət üzrə” online müsabiqəyə start verilib

19 may 2020 459

Bütün dünyanı bürüyən yeni koronovirus (COVİD-19) infeksiyası ölkəmizdədə çətinliklər yaradıb. Ölkədə koronovirusla bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar insanlara mümkün qədər evdə qalmaq tövsiyə olunub. Lakin böyüməkdə olan gənc nəslin nümayəndələri sayılan uşaqlarımız, gənclərimiz həmişə olduğu kimi, idman və yaradıcılıqla məşğul olmaq həvəsindədir. Bununla əlaqədar olaraq OCEP 2020 ekspertler qrupu Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Təhsil Nazirliyinin dəstəyi ilə müsabiqə keçirməyi qərar aldı.

Evdə idman və Bədii Qiraət üzrə onlayn müsabiqə məktəblilərin sağlamlığı və virusa qarşı mübarizəni gücləndirmək, evdə olduqları müddətdə uşaqların yaradıcılıqları ilə koronovirusla mübarizə qalib gəlmək hisslərini artırmaq həmçinin istedadlı uşaqları üzə çıxartmaq və yaradıcı potensiallarını inkişaf etdirmək məqsədilə təşkil olunub. Məktəblilərin ev şəraitində asudə vaxtlarını səmərəli və faydalı keçirmələri məqsədilə təşkil olunan müsabiqə 2 nominasiya üzrə keçiriləcək.

1 Evdə idman ( Atletik və ya gimnastik hərəkətlər)

Videonun müddəti 1-2 dəqiqəllik olmalıdır. Çəkiliş zamanı hərəkət aydın görsənməlidir.

Qiymətləndirmə: videonun keyfiyyətinə, məktəblilinin hərəkəti düzgün icra etməsinə və hərəkətin çətinlik dərəcəsinə görə təyin edilir.

2. Bədii qiraət üzrə

İfaçı bədii qiraət nümunələri ilə ( şeir, monoloq, əsərdən parça,mahnılar ) çıxış edə bilər (Azərbaycan və rus dilində ola bilər). Hər bir video 3 dəqiqədən çox olmamalıdır.

Qiymətləndirmə: Düzgün tələffüzə, seçilmiş geyim qaydasına, jest, mimika, səs tonu, təqdim etmə bacarığı və video keyfiyyəti əsasında müəyyən ediləcək.

3. Keçirilmə müddəti:

I. Videoların qəbulu: 15 may – 5 iyun tarixlərində

II. Materialların sosial şəbəkələrdə paylaşılması və qiymətləndirmə: 5-15 iyun

III. Qaliblərin təyin edilməsi və mükafatlandırma: 15-23 iyun

4. Ümumi qaydalar

● Hər iki nominasiya üzrə 3 yaş qrupu olacaq (8-10 yaş; 11-13 yaş, 14-16 yaş)

● Nominasiyalar üzrə qızlar və oğlanlar ayrı qruplar üzrə yarışacaq

● Məktəblər hər nominasiya üzrə ən çoxu 2 video göndərə bilər

● Hər iki nominasi üçün qeyd edilən qiymətləndirmə şərtlərinə ciddi diqqət yetiriləcək.

Müsabiqəyə təqdim olunan işlər Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və OCEP ekspertlər qrupunun üzvlərindən ibarət müsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Bütün iştirakçılara uğurlar!