"NTD" və "Gəncə" basketbolçuları turu qalib tamamlayıblar
05 aprel 2023 1325
5 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) 24-cü turunun iki oyunu baş tutub. Günün ilk oyununda region təmsilçisi "Zirvə Astara", paytaxt klubu "NTD" ilə üz-üzə gəlib. "NTD" basketbolçuları bu oyunda 112-92 hesablı qələbə qazanaraq ilk pilləyə yüksəliblər. Ən məhsuldar basketbolçular: "Zirvə Astara BK" ( Darin Conson - 30 xal, 6 ribaund ), "NTD BK" ( Brayson Robinson - 17 xal, 8 asist ) Turun bağlanış oyunu "AAAF Xırdalan" və "Gəncə" basketbolçuları arasında keçirilib. Bu vacib oyunda 94-83 hesablı qələbə qazanan "Gəncə" komandası liderləri izləməyi davam etdirir. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Deymon Makdouel - 21 xal, 4 ribaund ), "Gəncə BK" ( Amil Həmzəyev - 24 xal, 6 ribaund )
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı