"NTD" seriyadakı hesabı bərabərləşdirib
10 may 2023 797
10 may Gəncə Olimpiya İdman Kompleksində, Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində "Gəncə" və "NTD" komandaları arasında yarımfinal seriyasının ikinci oyunu baş tutub. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən paytaxt klubu bölgədən 105-76 hesablı qələbə ilə ayrılıb. Bu qələbə ilə "NTD" yarımfinal seriyasında hesabı bərabərləşdirib. Ən məhsuldar basketbolçular: "Gəncə BK" ( Amil Həmzəyev - 19 xal, 4 ribaund), "NTD BK" ( Londel Kinq - 27 xal, 13 ribaund)
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı