"NTD" basketbolçuları çempionatın vahid lideridir
07 yanvar 2023 1372
7 yanvar tarixində "Sərhədçi" İdman Mərkəzində, Azərbaycan Basketbol Liqasının 12-ci turu çərçivəsində daha iki oyun baş tutdu. Günün ilk görüşü çempionatın liderləri sayılan "Sabah BK" və "NTD BK" komandaları arasında keçirildi. Oyunun sonunda geri dönüş edən "NTD" basketbolçuları rəqibi üzərində 79-75 hesablı qələbə qazanaraq, çempionatın vahid lideri oldular. Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Entoni Patti - 17 xal, 11 ribaund ), "NTD BK" ( Londell King - 30 xal, 16 ribaund ). Günün son oyununda "Neftçi İK" və "Gəncə BK" basketbolçuları üz-üzə gəldilər. Bərabər mübarizə şəraitində davam edən oyunun yekunda, paytaxt klubu rəqibi üzərində 81-78 hesablı qələbə qazandı. Ən məhsuldar basketbolçular: "Neftçi İK" ( David Lomidze - 24 xal, 6 ribaund ), "Gəncə BK" ( Celon Perri - 26 xal, 6 ribaund )
Qeyd edək ki, turun bağlanış oyunu 8 yanvar saat 15:00 tarixində, Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara BK" və "Olimpik Şəki BK" komandaları arasında keçiriləcək.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı

