Növbəti Avropa Oyunları Qərb ölkələrindən birində keçirilə bilər
30 may 2023 867
İlk dəfə Bakıda keçirilən Avropa Oyunlar artıq üçüncü dəfədir təşkil olunur. Bu da onu göstərir ki, Avropa Oyunları yaşayır və ümumdünya təqvimində yetərincə öz yerini tutub.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Vitse-prezident bildirib ki, bundan sonra Avropa Oyunlarının keçirilməsi heç bir şübhə doğurmur. Növbəti Avropa Oyunlarının tarixi və məkanı İcraiyyə Komitəsinin növbəti iclasında müəyyənləşəcək.
“Təbii ki, Avropa Oyunlarına ev sahibliyi etmək istəyən bir sıra ölkələr var. Lakin bunların adını, hələ ki, qeyd edə bilmərəm. Avropa Oyunları artıq Şərqdən Qərbə doğru keçid edir. Bir sıra Qərb ölkələri var ki, Avropa Oyunlarını məhz öz ölkəsində təşkil etmək istəyir”, - deyə vitse-prezident əlavə edib.
Qeyd edək ki, üçüncü dəfə təşkil olunacaq Avropa Oyunları ilk dəfə 2015-ci ildə Bakıda keçirilib.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı