Nihad Quluzadə dünya ikincisi oldu
18 oktyabr 2022 1062
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı start götürüb.
İlk yarış günündə 4 yunan-Roma güləşçimiz çıxış edib.
Mübarizəyə 1/4 finaldan qoşulan Nihad Quluzadə (55 kq) gürcüstanlı Giorgi Toxadzeylə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan qalib ayrılıb - 9:7. Quluzadə yarımfinalda ötən il böyüklər arasında dünya çempionu olmuş Ken Matsui ilə qarşılaşıb. Yaponiyalı rəqibinə heç bir şans tanımayan Nihad vaxtından əvvəl qələbə qazanaraq (8:0) finala vəsiqə qazanıb. Güləşçimiz həlledici görüşdə iranlı Poya Marza 1:5 hesabıyla məğlub olub və dünya çempionatının gümüş medalına sahib çıxıb.
Ziya Babaşov (63 kq) ispaniyalı Endi Xuan Suçu tam üstünlüklə (9:0) məğlub etdikdən sonra türkiyəli Mustafa Yıldırımı (3:1) məyus edərək adını yarımfinala yazdırıb. Ancaq Babaşov finalın bir addımlığında iranlı İman Mohammadiyə uduzub – 1:5. Ziya bürünc medal uğrunda yaponiyalı Ryuta İkedayla güləşib və sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.
Laçın Vəliyev (87 kq) startda estoniyalı Andreas Vaelisi 4:2 hesabıyla üstələsə də, 1/4 finalda polşalı Şimon Şimonoviçlə bacarmayıb - 0:8.
Sərxan Məmmədov (130 kq) qazaxıstanlı Damir Zuparova 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Həmyerlimiz amerikalı Maykl Şultsa da gücünü göstərərək (5:1) yarımfinala adlayıb. Finalın bir addımlığında ukraynalı Mixaylo Vişnivetskiyə 3:6 hesabıyla uduzan Məmmədov bürünc medal uğrunda iranlı Əliəkbər Yusufiəhmədçaliylə güləşib və rəqibinə məğlub olub - 1:9.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı