Nazir Fərid Qayıbov Azərbaycan Reqbi Federasiyasının rəhbərliyini qəbul edib
29 dekabr 2021 612
Dekabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Reqbi Federasiyasının rəhbərliyini qəbul edib.
Fərid Qayıbov ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən də reqbinin inkişafının vacibliyini vurğulayıb. Qeyd edib ki, özünəməxsus özəllikləri ilə fərqlənən bu idman növü maraqlı olsa da ölkəmizdə geniş yayılması üçün təbliğ olunmasına ehtiyac var.
Azərbaycan Reqbi Federasiyasının prezidenti Elşən Abbasov qurumun fəaliyyəti və qarşıdakı planları barədə məlumat verib. Bildirib ki, federasiya bu idman növünün təkcə paytaxtda deyil, bölgələrdə də inkişafına çalışır.
Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev, Reqbi Federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov və vitse-prezident Səbuhi Qarayev iştirak ediblər.
Bənzər xəbərlər
Stolüstü tennisçimiz Lüksemburqda bürünc medal qazandı
Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışda fəxri kürsüdə ... Ətraflı
Gənc cüdoçulardan ibarət millimiz Avropa kubokunda iştirak edəcək
Mayın 20-21-də İtaliyanın Liqnano şəhərində cüdo üzrə Avropa Kuboku turniri ... Ətraflı