Nazir beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
31 oktyabr 2023 448
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
İdmançıları salamlayan nazir beynəlxalq arenalarda qazanılan uğurlara görə onları təbrik edib və yeni nailiyyətlər arzulayıb. Daha sonra əldə edilmiş uğurları əks etdirən videoçarx nümayiş olunub.
MMA, kəmər güləşi, sambo, çimərlik voleybolu, tamblinq, aerobika gimnastikası, batut gimnastikası, akrobatika gimnastikası, uşu, parataekvondo, para-atıcılıq, paracüdo, sumo, şahmat, kapoeyra, taekvondo, muaytay, karate növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı