Naxçıvanda bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb
22 sentyabr 2023 919
Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii gimnastika üzrə “Grace of Nature” beynəlxalq turnirinə yekun vurulub.
Bölgədə gimnastika üzrə təşkil olunan ilk beynəlxalq yarışda Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 300-dək idmançı çempion adı uğrunda mübarizə aparıb. Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən turnirə paytaxt və bölgələri (Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatala) təmsil edən 20 klubdan kiçikyaşlı, yeniyetmə və gənc gimnastlar qatılıblar.
Kiçiklər (2016-2017-ci il), balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il) və gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edən gimnastlar müxtəlif alətlərlə və alətsiz hərəkətlərin icrasında qalibləri müəyyənləşdiriblər.
Fərqlənən idmançılara medal və diplomlar təqdim olunub.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı