Natiq Hacıyev beynəlxalq hakimlik karyerasını başa vurub
04 avqust 2025 - 14:46 437
Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında iki hakimimiz iştirak edib.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, I dərəcəyə sahib Natiq Hacıyev və Elman İsmayılov bir həftə davam edən mundialda ədaləti qoruyublar. Təcrübəli referilərimiz qarşılaşmaların idarə olunmasında böyük məsuliyyət və dəqiqlik nümayiş etdirərək Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldublar.
Bu dünya çempionatı N.Hacıyevin son beynəlxalq yarışı kimi əlamətdar olub. UWW-nin qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyətilə vidalaşıb. Ali qurum yarışın son günündə bu münasibətlə referiyə xatirə hədiyyəsi təqdim edib.
Bənzər xəbərlər
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olur
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman ... Ətraflı
Cüdo üzrə dünya çempionatına hazırlıqla bağlı mətbuat konfransı keçirilib
İyulun 16-da cüdo üzrə böyüklər arasında dünya çempionatına hazırlıq və ... Ətraflı