“Nargis” Fondunun təşkil etdiyi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasında Gənclər və İdman Nazirliyi də təmsil olunur
02 dekabr 2022 437
Maraqlı konsepsiya ilə tərtib olunmuş evdə ziyarətçilər üçün müxtəlif idman və əyləncəli fəaliyyətlərlə yanaşı, intellektual yarışlar, eləcə də yeni il aksesuarlarının hazırlanması və bəzədilməsi üzrə master-klasslar da ödənişsiz təşkil edilir.
Dekabrın 1-də keçirilən açılış mərasimindən sonra mini-qolf, corn hole, qol güləşi, stolüstü futbol və 3 daş oyunu ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Aktiv iştirakçılara nazirliyin müxtəlif promo hədiyyələri də təqdim edilir. Daxili tərtibatda yer alan fəaliyyətlər mütəmadi olaraq dəyişiləcək və ziyarətçilərin marağını cəlb etmək üçün əlavə yeniliklər olacaq. Növbəti günlərdə müxtəlif idman növləri üzrə təbliğat xarakterli nümayişlər, eləcə də robot şouları həyata keçiriləcək.
Yanvarın 15-dək, hər gün saat 11.00-23.00 arası hər kəs dəvətlidir.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı