MSK ilkin nəticələri açıqladı - İlham Əliyev 92.10 faiz səs toplayıb
07 fevral 2024 179
Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.
“olympic.az”ın məlumatına görə, MSK-nın açıqladığı ilkin nəticələrə əsasən, İlham Əliyev liderdir. O, seçicilərin 92.10 faiz səsini qazanıb. İlkin nəticələrə görə, 2 milyon 497 min 542 nəfər İlham Əliyevə səs verib.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 2,20 faiz - (59 719 səs )
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,79 - (21 406 səs)
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 1,99 faiz - (53 986 səs)
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,66 - (17 855 səs)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,78 faiz (48 315 səs).
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 0,8 faiz - (12 981 səs).
MSK sədri Məzahir Pənahovun sözlərinə görə, bu nəticələr 3531 məntəqədən daxil olub. Bu məntəqələrdə etibarlı hesab edilmiş səslərin sayı 2 milyon 711 min 804-ə bərabərdir.
Bənzər xəbərlər
Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May ... Ətraflı
Bu gün dörd güləşçimiz Paris-2024-ə lisenziya uğrunda mübarizəyə başlayır
Bu gün Türkiyənin İstanbul şəhərində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya ... Ətraflı