Monteneqroda AOK-un 44-cü seminarı keçiriləcək
25 sentyabr 2024 691
Sentyabrın 27-28-də Monteneqronun Budva şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü seminarı keçiriləcək.
Seminarda Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edəcəklər.
Tədbirdə BOK-un XXXIII Paris Yay Olimpiya Oyunları haqqında hesabatları dinlənəcək və Avropa idmançılarının nəticələri ətrafında müzakirələr aparılacaq. Əlavə olaraq, seminar çərçivəsində “İdmanda davamlılıq”, “Gender bərabərliyi”, süni intellekt, 2025-ci ildə Gürcüstanın Bakuriani şəhərində keçiriləcək XVII Avropa Gənclərinin Qış Olimpiya Festivalı və Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində keçiriləcək XVIII Avropa Gənclərinin Yay Olimpiya Festivalı həmçinin Avropa Olimpiya Komitəsinin (AOK) 45-ci seminarı və digər məsələlər müzakirə olunacaq.
AOK-un 44-cü seminarına sentyabrın 28-də yekun vurulacaq.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı