Xəbərlər

MOK-un Baş katibi Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edən İdmançılarla görüşüb

31 iyul 2022 384

Slovakiyanın Banska Bıstritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının son günü MOK-un Baş katibi Azər Əliyev yeniyetmə idmançılarla görüşüb. İdmançılara göstərdikləri əzmkarlıq və əldə etdikləri  nəticəyə görə təşəkkür edib.  Daha sonra nəticə göstərən idmançılara MOK-un xüsusi mükafatını təqdim edib.  Avropa Gənclər Yay Olimpiya Feativallna  Azərbaycan 33 idmançı ilə qatılb. İdmançılarımız EYOF 2022-də ümumilikdə cüdo üzrə 2 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb. 
Qeyd edək ki, Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. Bu festival 13-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Olimpiya bayrağı altında keçirilən festival Olimpiya ənənələri ilə zəngindir. Festival “Parlamağa hazırıq” devizi altında keçirilib.