MOK-un 30 illik yubileyinə ithaf olunmuş “Olimpiya təhsili” adlı kitab işıq üzü görüb
07 oktyabr 2022 1583
Prezident təqaüdçüsü, pedaqogika üzrə elmlər doktoru, professor Dilqəm Quliyevin “Olimpiya təhsili” adlı yeni kitabı işıq üzü görüb.
Kitab Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyinə ithaf olunub. Kitabda Olimpiya təhsili ilə bağlı sənədli materiallar öz əksini tapıb. Müxtəlif bölmələr üzrə yerlərdə Olimpiya məktəblərinin yaradılması, həmçinin bu məktəblərə uşaq və gənclərin cəlb edilməsi Olimpiya təhsili proqramının əsas hissəsini təşkil edib.
Kitabda ölkəmizdə ümumtəhsil məktəblilərdə Olimpiya təhsili və mədəniyyətin inkişaf etdirilməsi, ümumtəhsil məktəblərində olimpizm fəlsəfəsinin təbliği, uşaqların Olimpiya biliyinin səviyyəsinin yüksəldilməsi, şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması, dərs prosesində və əlavə olaraq Olimpiya Hərəkatı, olimpizm fəlsəfəsi və Olimpiya idealları haqqında müfəssəl məlumatlar və başqa problemlər öz əksini tapıb.
Ümid edirik ki, kitab məktəblilər, idman ictimaiyyəti və eləcə də bu sahədə təhsil alan tələbə gənclər üçün faydalı olacaq.
Nəzərə almaq lazımdır ki, kitab olimpizmin təhsilini və mədəniyyətini öyrənmək, təbliğ etmək üçün geniş əhatəyə malik olan ilk nəşrdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bənzər xəbərlər
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub
Bədii üzgüçülük üzrə Azərbaycan millisinə yeni məşqçi təyin olunub.
Azərbaycan Üzgüçülük ... Ətraflı
Bakıda bədii gimnastika üzrə Dünya kubokuna yekun vurulub
Aprelin 17-19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya kuboku ... Ətraflı