MOK nümayəndələri Gənclərin Yay Olimpiya Festivalının missiya rəhbərlərinin görüşündə iştirak edib
29 aprel 2022 1185
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin idman idarəsinin baş məsləhətçisi Vaqif Əliyev və marketinq idarəsinin məsləhətçisi Səkinə Vəliyeva Slovakiyanın Banska-Bistritsa şəhərində keçirilən Gənclərin Yay Olimpiya Festivalının missiya rəhbərlərinin görüşündə iştirak ediblər.
Festivallın keçirilməsi ilə bağlı hazırlıq prosesini müzakirə edən görüş iştirakçıları həmçinin yarışların keçiriləcəyi məkanlar, atletlər kəndi ilə
yaxından tanış olublar. Digər təşkilati məsələlərin də müzakirə edildiyi görüş zamanı atletərin yeləşdirilməsi və yaradılan şəraitlə bağlı məsələrə aydınlıq gətirilib.
Qeyd edək ki, 2019-cu ildə Bakı şəhərinin ev sahibliyi etdiyi Gənclərin Yay Olimpiya Festivalı bu ilin iyul ayında Slovakiyanın Banska-Bistritsa şəhərində keçiriləcək.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı

.jpeg)

