Miniatür Kitab muzeyində “Azərbaycan fəxr edir” kitabının təqdimat mərasimi keçirildi
04 mart 2016 866
4 mart 2016-cı il tarixində Zərifə Salahovanın Bakıda keçirilmiş I Avropa Oyunlarına həsr olunmuş “Azərbaycan fəxr edir” miniatür kitabının təqdimat mərasimi keçirildi.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, vitse-prezident Xəzər İsayev və icraiyyə komitəsinin digər üzvləri iştirak etdilər.
O cümlədən, gimnastika, qılıncoynatma, karate və digər federasiyalardan nümayəndələr və idmançılar və Olimpiya Çempionlarıda yer almışdır.
Miniatür kitabda İlk Avropa Oyunlarının Bakıda keçirilməsi və oyunların əhəmiyyətindən danışıldı.
İştirakçılar I Avropa Oyunlarının əhəmiyyətindən və yeni işıq üzü görən kitabdan söz açaraq müəlliflərə uğurlar arzulayıblar.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı


