Mingəçevirdə seçmə yarışlara start verildi
28 yanvar 2023 1335
Mingəçevir Olimpiya-İdman Kompleksində 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatının seçmə yarışlarına start verilib.
Yarışda Bakı şəhəri istisna olmaqla ölkənin 25 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun yeniyetmələr iştirak edir.
Seçmə yarışlarda iştirak üçün 312 şahmatçı qeydiyyatdan keçib. Onlar arasında 200 oğlan, 112 qız iştirakçı var.
Hər yaş qrupunda yüksək nəticə göstərən şahmatçılar Azərbaycan çempionatına vəsiqə qazanacaq.
Yarışın baş hakimi Raul Quliyevdi.
Azərbaycan çempionatının seçmə yarışları fevralın 2-də başa çatacaq.
Bənzər xəbərlər
AzVİF İcraiyyə Komitəsinin iclasında "Bakı-Xankəndi" yarışının hazırlıq prosesi müzakirə edilib
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin 4-cü iclasında "Bakı-Xankəndi" ... Ətraflı
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar
Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil ... Ətraflı