Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə edib
10 iyul 2023 823
Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərilə əlaqədar bir sıra idman qurumlarının rəsmiləri müşahidəçi qismində Daşkənddəki seçki məntəqələrində olublar.
Növbədənkənar prezident seçkilərini müşahidə edən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Gənclər Siyasəti və İdman Nazirliyində də olub. Görüşlərdə nazir Adxam İkramov, Özbəkistan MOK-un baş katibi Oybek Kasimov və Komitənin sədr müavini Azizjon Kamilov ilə dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar, həmçinin idman sahəsində yeni layihələr də müzakirə olunub.
Özbəkistanda növbədənkənar prezident seçkilərini izləyən xarici ekspertlər seçkilərin yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Özbəkistanla əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər.
Bənzər xəbərlər
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq
Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Bu barədə Azərbaycan Qış ... Ətraflı
Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən təyinat alıb
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi ... Ətraflı
.jpeg)
.jpeg)
