Xəbərlər

Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının loqosu təqdim olundu

17 yanvar 2023 640

Milli Olimpiya Komitəsinin inzibati binasında olimpiyaçılar, Olimpiya idman növləri federasiyalarının üzvləri, media nümayəndələrinin iştirakı ilə MOK-un Atletlər Komisiyasının tədbiri baş tutdu. Komissiyanın sədri, Olimpiya medalçısı, cüdoçu Rüstəm Orucov çıxış edərək bildirdi ki, Atletlər Komissiyasının əsas vəzifəsi əlaqələndirici rolu oynamaqdır. Onun sözlərinə görə, Atletlər Komissiyası Avropa Olimpiya Komitəsi (AOK), eləcə də digər ölkələrin Milli Olimpiya Komitələrinin Atletlər komissiyaları, ölkəmizin milli idman federasiyaları və Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə qarşılıqlı əlaqə əsasında müxtəlif layihələr reallaşdırmaqda maraqlıdır. Bu layihələr idmançıların peşəkar fəaliyyətlərini davam etdimələri üçün əhəmiyyətli ola bilər. “Biz komissiya olaraq idmançılarımızın maraq dairəsində olan məsələlərə dair müzakirə aparıb, istiqamətlər müyyənləşdirməyə hazırıq. Onların idmandan sonrakı karyeralarının inkişafına imkan yaradan layihələr reallaşdırmağı bu sahədə dünya təcrübəsindəki yeniliklər haqda məlumatlandırmağı planlaşdırırq.” İslam Oyunlarının qızıl medalçısı,  Atletlər Komissiyasının üzvü Fəridə Əzizova isə komissiyanının loqosunu təqdim edib. O, Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının loqosunun idmançılar arasında həmrəyliyi, dostluğu, ümumbəşəri dəyərlərə sadiqliyi və Olimpiya ruhunu ehtiva etdiyini bildirib. Fəridə Əzizova qeyd edib ki, Atletlər Komissiyasının loqosunun bir rəngi olmayacaq. Olimpiya halqalarının bütün rənglərindən istifadə etməklə MOK-un Atletlər Komissiyası fərqli istiqamətdəki tədbirlərdə loqonun həmin tədbirə uyğun rəngi ilə təmsil olunmağa üstünlük verib. Onun sözlərinə görə, idman sahəsində ən çox istifadə olunan mavi rəng loqonun əsas rəngindir. Bu rəng birlik və bərabərliyi, sülhü və gənclik enerjisini özündə cəmləşdirir.  Azərbaycan Atletlər Komissiyası da bu keyfiyyətləri idmançılara təbliğ və təşviq edir. İnsanda canlılıq və dinamiklik yaradan qırmızı rəng xoşbəxtliyi təmsil edir. İdmanın özündə birləşdirdiyi sevgi, qalibiyyət və əzmin rəngi olan qırmızı rəngdə loqo ilə komissiya beynəlxalq tədbirlərdə təmsil olunacaq. Sağlamlığı, təbiəti təmsil edən yaşıl rəngli loqo isə Atletlər Komissiyasının məhz bu mövzulara həsr olunan tədbirlərində istifadə ediləcək. Azərbaycan Atletlər Komissiyasının loqosunda yer alan sarı rəng isə qalibiyyətin xoşbəxtliyini və səbrin nəticəsini tərənnüm edir. Gələcəyimizi olan uşaqlarla bağlı tədbirlər loqonun sarı rənginin altında reallaşacaq. Son olaraq Fəridə Əzizova bildirib ki, komissiya istifadə etdiyi qara rənglə idmançıların əzmini, gücünü və davamlı inkişafa meyilli olduğunun mesajını vermək istəyir. AMADA-nın təhsil şöbəsiin müdiri Lalə Hacıyeva öz çıxışında atletlərin üzləşdiyi məkan məlumatı probleminə toxunub. Gənc idmançıların anti dopinq qaydaları ilə bağlı məlumatlılığının artmasının vacibliyini vurğulayan AMADA rəsmisi məkan məlumatı ilə əlaqəli xüsusi qeydləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Atletlər Komissiyasının üzvü Nazim Babayev Beynəlxalq Olimpiya  Komitəsinin atletlər üçün nəzərdə tutduğu”Athlete 365” beynəlxalq platforması haqda təqdimatla çıxış etdi. O bildirdi ki, artıq bütün dünyada idmançılar bu platformadan yararlanaraq peşəkar fəaliyyətlərinə və ümumillikdə həyatlarına yeniliklər qata bilirlər. Sonda  Olimpiya Çempionu Fərid Mansurov idmançı karyerasını davam etdiməsi ilə bağlı təcrübəsini gənc idmançılarla bölüşdü. Onların suallarını cavablandırdı.

 

Atletlər Komissiyasının sosial media hesabları və “Athlete365” platformasının lİnkləri:

https://olympics.com/athlete365/login/

https://www.facebook.com/profile.php?id=100088537601211

https://www.instagram.com/azerbaijan.ac/